Sumqayıtı su ilə təmin edən kəmər ZƏDƏLƏNİBbackend

Sumqayıtı su ilə təmin edən kəmər ZƏDƏLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taxtakörpü su anbarından Ceyranbatana gedən nəhəng su kəməri nəzarətsiz qalıb.

NOCOMMENT.az xəbər verir ki, mia.аz-a bu barədə vətəndaşlar məlumat veriblər. Onların sözlərinə görə, Şabran rayonunun Xəlfələr kəndinin yaxınlığından keçən kəmərdə ciddi su sızması var:

“Biz şənbə və bazar günləri həmin ərazidən keçdik. Gördük ki, zədələnən kəmərdən içməli su ətrafa daşır. Biz bunu uzaqdan lentə aldıq. Bəlkə uzaqdan lentə alındığı üçün real vəziyyət tam nümayiş olunmaya bilər. Xəlfələr kəndində bir neçə nəfərdən soruşduq. Dedilər bu su axıntısı xeyli müddətdir davam edir, lakin qəzalı vəziyyəti aradan qaldıran yoxdur.

Hər halda ümüd edirik ki, bu xəbərdən sonra Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi və əməkdaşları su anbarından Ceyranbatana gedən kəmərdəki bu qəzanı operativ şəkildə aradan qaldırmaqla, su itkisinin qarşısını alacaqlar”.

Qeyd edək ki, Ceyranbatan anbarı Sumqayıt şəhərini də su ilə təmin edir.