Sunak: “Britaniya Qəzza zolağında axıdılan qandan şoka düşüb”backend

Sunak: “Britaniya Qəzza zolağında axıdılan qandan şoka düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya İsrailin “öz təhlükəsizliyini təmin etmək” hüququnu dəstəkləməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.

O qeyd edib ki, İsrail HƏMAS terrorçularının yaratdığı təhlükəyə qarşı özünü müdafiə etmək hüququna malikdir, lakin Qəzza zolağında tökülən qandan şoka düşüb.

Britaniyanın baş naziri əlavə edib ki, “bu dəhşətli münaqişə sona çatmalıdır”. O vurğulayıb ki, girovları azad etmək və Qəzzaya yardım çatdırmaq lazımdır. Onun sözlərinə görə, münaqişə zonasında olan uşaqlara uzunmüddətli davamlı atəşkəsə gətirib çıxaracaq təcili humanitar pauza lazımdır.

“Bu, girovları azad etmək, yardım çatdırmaq və döyüşləri dayandırmaq üçün ən sürətli yoldur”, – deyə Sunak bildirib.