Sürət həddi endirilir: Cərimə olunanların sayı artacaqbackend

Sürət həddi endirilir: Cərimə olunanların sayı artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paytaxtda tıxacların yaranmasının əsas səbəbi sürət həddinin qeyri-stabil olmasıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

“Ötənilki araşdırmalarımız nəticəsində bəlli oldu ki, Bakı şəhərində baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulması, əsasən də sürət həddinin aşılmasıdır. Odur ki, şəhərin bir sıra prospekt və küçələrində sürət həddinin aşağı endirilməsi barədə qərarı alqışlayıram. İnanıram ki, bu, piyadaların, velosipedçilərin və moped sürücülərinin, ümumiyyətlə, bütün fərdi mobil nəqliyyat vasitələrinin istifadəçilərinin təhlükəsizliyini təmin edəcək”, – ekspert bildirib.

E.Cəfərov vurğulayıb ki, sürət həddinin aşılmasına görə cərimələrin sayının artması da gözləniləndir.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli martın 16-da “Facebook” sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı rəhbərlik etdiyi qurum tərəfindən təkliflərin hazırlanaraq, Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıldığı barədə məlumat paylaşıb. (Publika.az)