Surət Hüseynova görə tutulan şəxs həbsdə öldübackend

Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir məhkum ölüb.

NOCOMMENT-in lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, E.Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardan idi.

Məlumata görə, E.Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak etmişdi. Onu da qeyd edək ki, E.Mustafayevin atası Teyyub Mustafayev o zaman Samuxun icra başçısı idi. Həmin hadisələrdən sonra o da saxlanılmışdı.