Ceyhun Bayramov danışıqlar üçün Qazaxıstana getdibackend

Ceyhun Bayramov danışıqlar üçün Qazaxıstana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadla xəbər verir ki, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.