“SÜRƏT” KARQO 20 KQ-LIQ BAĞLAMANI KAMERADAN NECƏ QAÇIRIB? – VİDEObackend

“SÜRƏT” KARQO 20 KQ-LIQ BAĞLAMANI KAMERADAN NECƏ QAÇIRIB? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan daşınma sektorunda maraqlı bir hadisə yaşanıb: karqo, müştərinin bağlamasını itirib. Bəlkə də deyəcəksiz ki, axı bu ilk hadisə deyil, daha öncə belə hallar olub. Məsələ burasındadır ki, itən bağlama, itə biləcək bir bağlama deyil! Yəni söhbət, adi, kiçik bir paketdən yox, nəhəng, 20kq-lıq bir bağlamadan gedir!

NOCOMMENT.az-a daxil olan məlumatda bildirilir ki, prossesləri çox ləng gedən Sürət karqo daşınma şirkəti müştərinin bağlamasını nəinki gec çatdırıb hətta ümumiyyətlə çatdırmayıb!

Müştərinin etdiyi müraciətləri isə “kamera görüntülərinə baxılıb, qərar veriləcək” deyərək, yola verir. 20 gündür ki, kamera görüntülərinə baxıb, qurtara bilmir. Görəsən o görüntülərdə şirkət nə görüb ki, açıqlaya bilmir. Bəlkə görüntülərə, hansısa yadplanetli və ya cin düşüb deyə, şirkət rəhbərliyi, məsələnin elmi izahını tapmaq üçün baş sındırır.

Üstəlik, itən bağlamanın statusunu da “təhvil verilib” şəklində qeyd edib. Belə görünür ki, şirkət, bağlamanı ya yanlış müştəriyə verib ya da, ki, mənimsəyib.

Bəs bağlamanın sahibi Güli Zayid nə deyir? O, karqonun özbaşınalığına qarşı hansı tədbirləri düşünür?

Bağlaması buxarlanan Güli Zayid, sona qədər gedəcəyini və artıq Antiinhisar dövlət qurumuna şikayət ünvanladığını qeyd edir. O deyir: “Bağlamanın kateqoriyası, “yemlər” olaraq qeyd olunub amma əslində maddi ekvivalenti, hazırda 90 azn olan bir qida məhsulundan söhbət gedir. Şirkət ya bağlamanı qaytarmalıdır ya da dəyən zərəri ödəməlidir, əks halda ifşa olunmağa davam edəcək”.

Güli xanım, artıq feysbukda, karqo və müştəri qruplarında da şikayətini paylaşıb və nəticədə, məsələnin gündəmə gəlməsi ilə, Sürət karqo, indinin özündə belə, yüzlərcə potensial və real müştəri itiribdir. Bu da əlbəttə minlərcə manat zərər deməkdir.

Yəni, 90 azn qabağa düşdüyünü zənn edən avanturist şirkət, bəlkə də bundan 100 dəfə çox ziyana düşübdür. Hələ bu harasıdır! Problem, saytlarda gündəmə gələndə, Sürət karqonu, artıq bütün Azərbaycan, pis mənada tanıyıb, ondan gen gəzəcək.

“Nə əkərsən onu da biçərsən” deyib atalarımız…

Müştərini aldadan, bağlamanı vəd etdiyindən gec çatdıran, bəzən isə ümumiyyətlə çatdırmayan bir karqo, faydadan çox, ziyan, stress, itki deməkdir!

Sujeti təqdim edirik: