Suriya, Misir, İraq, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri görüşdülərbackend

Suriya, Misir, İraq, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya, Misir, İraq, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri İordaniyanın paytaxtı Əmmanda Suriya ilə münasibətlərin necə normallaşdırılacağını müzakirə etmək üçün bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, Xarici işlər nazirləri 2011-ci ildən bəri ilk dəfə idi ki, kollektiv şəkildə görüşüblər.

İordaniyanın paytaxtı Əmmanda keçirilən görüşdən sonra yazılı açıqlama verilib.

Bəyanatda Suriya ilə münasibətlərin necə normallaşdırılacağı, milyonlarla köçkün suriyalının könüllü olaraq evlərinə qayıtması və Suriya sərhədləri boyunca narkotik ticarəti ilə mübarizənin müzakirə edildiyi bildirilib.

Həmçinin Suriyanın İordaniya və İraq sərhədlərindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə son qoymağa kömək etməyə razılaşdığı qeyd edilib.

NOCOMMENT.AZ