Suriyaya qayıtma çağırışı: Torpaqlarımızı Əsəd rejimi və PKK-dan xilas edəkbackend

Suriyaya qayıtma çağırışı: Torpaqlarımızı Əsəd rejimi və PKK-dan xilas edək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın tanınmış qəbilələrindən biri olan Beni Səid qəbiləsi Türkiyəyə köç etmək məcburiyyətində qalan on minlərlə qəbilə üzvünün geri qayıtması üçün çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyədən gələn QHT-lərin dəstəyi ilə tikilən evlərin bir hissəsinin tamamlandığını ifadə edən Beni Səid qəbilələrinin lideri Abdullah Esad Şilaş, Türkiyədəki 40 min tayfa mənsubuna müraciət edib.

“Gəlin bura toplaşaraq torpaqlarımızı Əsəd rejimi və PKK-dan xilas edək” deyə qeyd ediblər.

Qeyd edək ki, Suriya tayfası Türkiyədəki on minlərlə üzvünün öz torpaqlarına qayıtmasını istəyir.

NOCOMMENT.AZ