Sürücülərin NƏZƏRİNƏ: Bakıya şimal girişindən uzaq olun!backend

Sürücülərin NƏZƏRİNƏ: Bakıya şimal girişindən uzaq olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq 3 ay müddətinə dayandırılıb.

NOCOMMENT xatırladır ki, ADY səbəb kimi Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisini göstərmişdi. Eyni zamanda, qurum bildirmişdi ki, işlər noyabrın 10-da yekunlaşacaq.

Ölkənin əsas magistral yolunda körpünün təmiri hər gün bu yoldan istifadə edən sürücülər üçün əlavə problemsiz ötüşməyəcək.

Əvvəla, hər gün minlərlə sərnişini paytaxta çatdıran qatarların işləməməsi həmin insanların taksi və ya avtobuslarla iş yerlərinə üz tutmasına səbəb olacaq və nəticədə Sumqayıt-Bakı yolu əlavə yüklənəcək.

İkincisi, bu yolda təmirin getməsi hərəkət sürətinin aşağı düşməsi ilə nəticələnəcək ki, isti günlərdə sürücü və sərnişinlərə əlavə narahatlıq yaradacaq.

Üçüncüsü, Avtomobil Yolları Dövlət Agentliyinin təcrübəsini və payızda havaların qeyri-stabilliyini nəzərə alsaq, inamla deyə bilərik ki, körpünün təmiri ilin sonunadək uzana bilər.

Dördüncüsü, əgər Operativ Qərargah və Təhsil Nazirliyi sentyabrdan sonra tədris ilini canlandırsalar, onda Sumqayıtdan Bakıya tələbə və şagird axını onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq.

Ona görə də, yuxarıdakı arqumentləri nəzərə alaraq sürücülərin nəzərinə çatdırırıq ki, Bakıya şimaldan giriş üçün alternativ yollar axtarsınlar.