Sürücülərin nəzərinə: Hacıqabuldakı körpü bağlanırbackend

Sürücülərin nəzərinə: Hacıqabuldakı körpü bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecədən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə hərəkət qismən məhdudlaşdırılacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Hərəktin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.