Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi barədə məlumatlar yayılıb.
NOCOMMENT.az xəbər verir ki, Baku.ws saytı məsələ ilə bağlı DİM-ə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir.
“Gələn ildən sürücülük vəsiqəsi almaq üçün imtahanların DİM tərəfindən keçiləcəyi yalan məlumatdır”, – deyə qurumun sözçüsü vurğulayıb.













