“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs tabeliyində olan Yaradıcılıq Mərkəzinin cari təmir işləri üçün satınalma həyata keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “ALİMAR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 98.572,85 manat təşkil edir.
Layihə çərçivəsində Yaradıcılıq Mərkəzində zəruri təmir-bərpa işləri aparılacaq.
Qeyd edək ki, “ALİMAR” MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır.












