Tadevos Avetisyan Qarabağla bağlı məqalə hazırlayıbbackend

Tadevos Avetisyan Qarabağla bağlı məqalə hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Assambleyasının müxalifətçi erməni fraksiyasının üzvü Tadevos Avetisyan Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçdikdən sonra görəcəyi maddi itkilərin (ümumilikdə 50 milyard ABŞ dolları) ilkin hesablamalarını təqdim edən məqalə dərc edib.

NOCOMMENT.az xəbər verir ki, Avetisyan məqaləsində  20 il ərzində, yəni 2020-ci ildə 44 günlük müharibəyə qədər Artsax Respublikasının iqtisadiyyatı orta illik ikirəqəmli artım nümayiş etdirdiyini bildirib.

Avetisyan qeyd edib ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə daimi əhalinin sayı 149 min nəfər olub. İqtisadiyyatın müxtəlif sahələrində təqribən 60.000 nəfər işləyirdi ki, onlardan da təxminən 45.000-i muzdlu işçilər idi. Qarabağda 92 mehmanxana fəaliyyət göstərirdi. 2019-cu ildə 42.000-dən çox beynəlxalq turist gəlib. “Kənd təsərrüfatı əhəmiyyətli sahələr 580 min hektar olub. O cümlədən, dənli bitkilərin sahəsi 80 min hektar olub, hər il təxminən 140 min tona yaxın məhsul götürülüb. Artsax özünü taxıl məhsulları ilə təmin edib və məhsulun təxminən 25 faizini Ermənistana ixrac edilib. Texniki əkinlər 5300 hektar sahəni əhatə edib, ildə təxminən 8000 ton məhsul götürülüb. Böyük buynuzlu mal-qaranın sayı təxminən 50 min baş olub. Təxminən 5300 kənd təsərrüfatı maşını olub ki, onlardan 1250-si traktor, 1500-ü yük maşını olub.

O sonda qeyd edib ki, Artsaxda 4000-ə yaxın uşağın təhsil aldığı 51 məktəbəqədər uşaq müəssisəsi, 24000-ə yaxın şagirdin təhsil aldığı 2606 dövlət məktəbi, 7000 şagirdin təhsil aldığı 20 peşə və incəsənət məktəbi, 400 min kitabı olan 10 kitabxana olub.