Taksi işləmək istəyənlərin nəzərinəbackend

Taksi işləmək istəyənlərin nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi kimi fəaliyyət göstərmək istəyənləri ən çox maraqlandıran məsələ buraxılış vəsiqəsinin verilməsi ilə bağlıdır.

NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, taksi üçün icazəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) e-xidmət portalı vasitəsilə elektron qaydada əldə etmək mümkündür. Müraciət üçün VÖEN-ə bağlı gücləndirilmiş elektron imza tələb olunur.

Ərizəyə sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat sənədləri, sürücülərin xüsusi hazırlıq və tibbi yoxlamaları, taksometrin metroloji yoxlaması və dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə olunur. Buraxılış vərəqəsi üçün rüsum 125 manat, buraxılış kartı üçün isə 25 manatdır.

Əksər sənədlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən avtomatik alınır və vətəndaşdan ayrıca tələb edilmir. Buraxılış vəsiqəsi verildikdən sonra isə mülkiyyətində, icarəsində və ya istifadə hüququnda olan nəqliyyat vasitələri üçün icazə əlavəsi almaq məqsədilə əlavə müraciət etmək mümkündür.

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.