Bakı sakini Mahir Zeynalov əvvəllər taksi fəaliyyəti üçün istifadə edilən avtomobilinin buraxılış kartını ləğv etdirməkdə çətinlik çəkir.
Öz avtomobili olsa da, icarəyə başqa maşın götürərək taksi kimi işləyir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Mahir Zeynalov iddia edir ki, avtomobilinin taksi fəaliyyəti üçün ili köhnə olduğundan satıb, yeni avtomobil alıb. Lakin əvvəlki maşınının buraxılış kartını ləğv etdirmək və yenisini almaqda çətinlik çəkir.
Onun sözlərinə görə, yeni aldığı avtomobilin buraxılış kartı olmadığından, taksi fəaliyyəti üçün icarəyə avtomobil götürüb işləyir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













