Tale Bağırzadənin aclıq aksiyasına başladığı bildirilirbackend

Tale Bağırzadənin aclıq aksiyasına başladığı bildirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin aclıq aksiyasına başladığı deyilir.

NOCOMMENT xəbər verir ki, bu barədə Meydan TV-yə onun müavini Elçin Qasımov məlumat verib.

Elçin Qasımov bildirib ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb.

“Tale Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Tale Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”, – deyə Elçin Qasımov bilddirib.

Onun sözlərinə görə, Tale Bağırzadə bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcəyini söyləyib.