Tanınmış aktyor yüksək vəzifəyə təyin olundubackend

Tanınmış aktyor yüksək vəzifəyə təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aktyor Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin olunub.

NOCOMMENT xəbər verir ki, teleqraf-a bu barədə aktyorun özü məlumat verib.

Vüsal Mehrəliyev 1978-ci il yanvarın 15-də İsmayıllıda anadan olub. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. Moskvada B.Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsil alıb.

1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur.

2014-cü ili aprelin 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Teatr Xadimləri İttifaqının “Fəxri fərman”ı ilə mükafatlandırılıb.

Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol alıb.