Tanınmış aparıcıya “ARAZ” supermarketdə vəzifə verildibackend

Tanınmış aparıcıya “ARAZ” supermarketdə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinə yeni müdir təyin edilib. 

NOCOMMENT.az xəbər verir ki, bu vəzifəyə Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi Aysel Fərziyeva gətirilib.

Bundan öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A.Fərziyeva 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.

Qeyd edək ki, A.Fərziyeva “Lider TV” və ATV-də ”Xəbərlər” və müxtəlif ictimai-siyasi verilişlərin aparıcısı olub. “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə rəhbəri kimi fəaliyyət göstərib.