Tanınmış erməni qadın Paşinyanın arvadını boykot etdibackend

Tanınmış erməni qadın Paşinyanın arvadını boykot etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən və qızım Anna Akopyanın tədbirinə dəvət almamışıq. Təklif gəlsəydi də, mütləq imtina edərdik”.

NOCOMMENT yenisabah-a isitnadən xəbər verir ki, bu sözləri Ermənistandakı “Əsgər anası” QHT-nin prezidenti Marqarita Xaçatryan (Maroz) deyib.

Onun sözlərinə görə, Baş nazirin arvadının təşkil etdiyi tədbirdə onunla qara paltarlı erməni analarının rəqsi çox təhqiramiz olub: “Çox pis oldum ki, onlar müharibə vaxtı bunkerlərdən əmr verib uşaqlarımızı qırıb-çaxanda bizim qara paltarlı analarımız bir dəfə qatilin yanına gəldilər, lakin onlar oradan uzaqlaşdırıldı. İndi isə məlum olur ki, heç nə olmayıb. Bu gün analar gedib qatillə masa arxasında oturublar. Problem partiyada deyil, problem qadınlarımızın bu qədər aşağı düşməsindədir”.

Marozdan məclisdəki qara paltarlı analardan hansını tanıdığını soruşduqda, o, məclisdə olanların heç birini tanımadığını deyib: “Onlar 44 günlük müharibənin iştirakçılarının anaları deyildilər. Onların kim olduğunu deyə bilmərəm, amma qırmızı kofta geyinən qara paltarlı qadınların heç birini tanımıram.

Oğlum dünyasını dəyişəndən 25 il keçsə də, hələ də paltarımı çıxarmamışam. Mənim sadəcə deməyə sözüm yoxdur, hər kəs nə edəcəyinə özü qərar verir. Əgər bəziləri oğlanlarımızın qanını satmaq qərarına gəlibsə, deməli, danışmağa ehtiyac yoxdur”, – deyə Marqarita Xaçatryan deyib.