Bahar Muradova Anna Akopyanla eyni tədbirdə İŞTİRAK ETDİ – FOTObackend

Bahar Muradova Anna Akopyanla eyni tədbirdə İŞTİRAK ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın paytaxtı Tehranda nüfuzlu qadınlarla bağlı ilk beynəlxalq konqres keçirilib.

NOCOMMENT.az xəbər verir ki, iki günlük toplantıda dünyanın 90-a yaxın ölkəsindən nüfuzlu, fəal və elit qadınlar iştirak edib.

Konqres milli və beynəlxalq səviyyədə elitar, nüfuzlu qadınların bacarıq və imkanlarını üzə çıxarmaq, dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır.

Elm və texnologiya, iqtisadi və sosial məsələlər üzrə üç sahədə nüfuzlu qadınlara beynəlxalq səviyyədə tanınan xüsusi mükafatlar təqdim olunacaq.

İran prezidenti İbrahim Rəisi konqresdə çıxış edərək, iştirakçı qadınları İslam Respublikasının qadın hüquqları ilə bağlı təcrübələrindən yararlanmağa çağırıb.

Nüfuzlu qadınların seçilməsi meyarı evdar qadınlar, əməkdaşlar, ictimai fəallar, o cümlədən rəqəmsal texnologiya, sosial media, elm və texnologiya, sahibkarlıq, mədəniyyət və xeyriyyəçilik sahələrində qabaqcıl olanlar arasında aparılıb.

Bu konqres çərçivəsində İranın qadın və ailə üzrə vitse-prezidentinin təşəbbüsü ilə qadınların təhsil üçün anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Qeyd edək, Azərbaycanı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib.

Ermənistandan isə konqresdə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan iştirak edib.