Tanınmış hüquqşünas dünyasını dəyişib.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvarda tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Səfər Baxşıyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, o, müxtəlif illərdə Biləsuvar Rayon Məhkəməsinin hakimi və digər məsul vəzifələrdə çalışıb.
S.Baxşıyev uzun illər idi Biləsuvar rayonunda vəkil kimi fəaliyyət göstərərək əhaliyə hüquqi xidmətlər göstərib.
Sara














