Tanınmış meyxanaçı məhkəmə zalından azadlığa buraxılıb, elektron qolbaq taxacaqbackend

Tanınmış meyxanaçı məhkəmə zalından azadlığa buraxılıb, elektron qolbaq taxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, ona 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

O, elektron qolbaqla təmin olunacaq.