Tarix Əliyev: “Müğənni qeyrətdən, namusdan danışa bilməz”backend

Tarix Əliyev: “Müğənni qeyrətdən, namusdan danışa bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişində qalmaqallı açıqlama verib.

NOCOMMENT.az Azxeber.com-a istinadən xəbər verir ki, aparıcı- prodüser bəzi televiziya verilişlərini və ora çıxan müğənniləri tənqid edib:

“Sosial şəbəkədə Nadir Qafarzadə maraqlı çıxış edib. Mən də onunla razıyam. Bəzi verilişlər də, müğənnilər də özünü yığışdırmalıdır. Efirdə çıxıb “Həci”lərinin aldığı hədiyyələrdən danışmamalıdırlar, xalqa acıq verməməlidirlər, ağıl verməməlidirlər. Sən xalqa xidmət edirsən ona ağıl verə bilməzsən. Sən gərək onlara nümunə olasan. Müğənni efirə çıxıb qeyrətdən, namusdan danışmamalıdır, bu qıcıq yaradır.

Daha sonra Tarix Əliyev verilişinə çağırmadığı sənətçilərdən söz açıb:

“Bəzi sənətkarlar da yerini bilmir. Onlara yerlərini göstərmək lazımdır. Yaşlısan deyə başımıza çıxmayacaqsan ki? Deyir ki, mən verilişlərə çıxmıram. Gör heç mən səni çağırıram? Elə sənətkarlar var ki, mən onları illərlə çağırmıram heç bir verilişimə. Çünki o mənə maraqsız insandır”.