Tayvan: Adanın ətrafında 32 Çin təyyarəsi və 5 gəmi aşkar edilibbackend

Tayvan: Adanın ətrafında 32 Çin təyyarəsi və 5 gəmi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan səhərə kimi adanın ətrafında Çinə məxsus 32 hərbi təyyarə və 5 döyüş gəmisinin aşkar edildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Nazirliyin sosial media hesabında edilən açıqlamada, 32 təyyarədən 12-sinin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazidə uçuş həyata keçirdiyi qeyd edilin.

Açıqlamaya görə, 6 “J-10” və 4 “J-16” tipli döyüş təyyarəsi və “BZK-005” tipli silahsız pilotsuz təyyarə Tayvan boğazında nominal “orta xətti” keçib, “Y-9” tipli hərbi nəqliyyat təyyarəsi ADIZ ‘ cənub-qərbə uçub.

NOCOMMENT.AZ