Tayvan yeni zenit-raket kompleksini sınaqdan keçirdibackend

Tayvan yeni zenit-raket kompleksini sınaqdan keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanın Silahlı Qüvvələri “Lutszian-2” yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb.

Zenit-raket kompleksi hədəfdəki pilotsuz uçuş aparatını uğurla vurub. Sınaqların ötən həftə keçirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava səbəbindən təxirə salınıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, “Lutszian-2” hava hücumundan müdafiə sisteminin ilk nümunələri ötən ilin mayında Tayvan Quru Qoşunlarının inventarına daxil edilib.

Onların hədəf məsafəsi təxminən 15 kilometrdir. Yeni sistemlərdən təyyarələri, helikopterləri, dronları, həmçinin qanadlı raketləri və başqa hava hədəflərini məhv etmək üçün istifadə oluna bilər.