Tbilisidə Aİ bayrağını yandırdılarbackend

Tbilisidə Aİ bayrağını yandırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salome Zurabişili “Mtavai” telekanalının təsisçisi və baş direktoru Nika Qvaramiyanın əfv olunduğunu elan etdikdən sonra bir qrup naməlum şəxs Gürcüstan prezidentinin iqamətgahı yaxınlığında Aİ bayrağını yandırıb.

NOCOMMENT.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, aksiyaçılar onun “agent” və “satqın” olduğunu, Aİ bayrağına görə “Vətən Qərbə dəyişdirildiyini” qışqıraraq Zurabişvilinin Gürcüstandan çıxarılmasını tələb ediblər.

Hadisə yerinə polis gəlib.

Gürcüstanda beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik münasibətdə olduğu ölkələrin bayraqlarının yandırılması qanun pozuntusudur, cərimə 1000 lari (385 dollar) təşkil edir.