Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTObackend

Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisinin ən yüksək nöqtəsi sayılan televiziya qülləsi, həmçinin Kür çayı üzərində yerləşən və şəhərin simvollarından olan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.