TƏBİB COVİD-19 əleyhinə vaksinin əlavə təsirlərini açıqlayıbbackend

TƏBİB COVİD-19 əleyhinə vaksinin əlavə təsirlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinin mümkün əlavə təsirlərini açıqlayıb.

NOCOMMENT-in xəbərinə görə, qurumdan bildirilib ki, baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin peyvəndə reaksiya verməsinin göstəricisidir.

“Peyvənd istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, aşı vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir”, – deyə TƏBİB-dən bildirilib.