TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdıbackend

TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə bağladığı müqavilənin maliyyə dəyərini 66,7 faiz azaldıb.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, müqavilə deputatın oğluna məxsus ofis və anbar kompleksinin icarəsi ilə bağlıdır.

Sözügedən ofis və anbar kompeksi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Abşeron küçəsi, 142 D ünvanında yerləşir.

TƏBİB son bir neçə ildir ki, dərman preparatlarının saxlanması üçün həmin anbarı icarəyə götürüb və hər il ənənəvi olaraq müqavilənin müddəti uzadılıb.

Bu günlərdə TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi həmin ofis və anbar kompleksinin icarəyə götürülməsi xidməti ilə bağlı O.Cavanşirlə 392 000 manat dəyərində müqavilə bağlayıb.

Baxmayaraq ki, 2021, 2023, 2024-cü illərdə ümumi sahəsi 12,552.30 m2 olan həmin ofis və anbar kompleksinin icarə haqqı ilə bağlı O.Cavanşirlə bağlanılmış müqavilənin dəyəri həmişə 1 milyon 176 min manat olub.

Beləliklə, əvvəlki illərlə müqayisədə TƏBİB-in ofis və anbar kompleksinin icarəsi ilə bağlı Orxan Cavanşirlə bağladığı müqavilənin maliyyə dəyəri 784 000 manat və ya 66,7 faiz azalıb.