Azərbaycan səhiyyəsində idarəolunmaz xaos və TƏBİB rəhbərliyinin yarıtmaz fəaliyyəti artıq dözülməz həddə çatıb. Qurumun tabeliyindəki xəstəxanaların ağır vəziyyətdə olan xəstələri qəbul etməməsi və kadr dəyişikliklərinin xidmət keyfiyyətinə heç bir təsir göstərməməsi ictimaiyyətin sərt etirazına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məşhur jurnalist Zamirə Dadaşova məlumat verib. Onun sözlərinə görə, TƏBİB-in rəhbər şəxsləri real iş görmək əvəzinə, mənasız vəzifə yerdəyişmələri ilə vaxt itirirlər: “Vüqar Qurbanovu Anar Bayramovla, Barat Yusubovu isə başqası ilə əvəzlədiniz, nə baş verdi? Durum daha da betərdir! İki həftədir TƏBİB ancaq adam dəyişməklə məşğuldur, camaat isə ağlar gündədir. Videodakı xəstəni nə ‘Yeni Klinika’, nə 5 nömrəli xəstəxana, nə də ‘Semaşka’ qəbul edir. Bu qədər vicdansızlıq olarmı?”.

Dadaşova qeyd edib ki, səhiyyə sistemindəki bu özbaşınalıq dövlət başçısının etimadına birbaşa xəyanətdir: “Savadlı həkimləri işdən çıxarmağa enerji sərf edənə qədər qurumun fəaliyyətini düzəldin ki, xəstələr təcili yardım maşınlarında saatlarla ölümlə üz-üzə qalmasın! Dövlət başçısı sizə insanların həyatını əmanət edib. Sizin bu etdiyiniz xəyanətdir! Daha bətərini yaşamaqdan qorxun!”.
Sara,
NOCOMMENT.az









