TƏBİB : “İtkilərin minimal olması üçün çalışırıq”backend

TƏBİB : “İtkilərin minimal olması üçün çalışırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ ilk günlərdən çarpayı fondu və tibbi avadanlıq baxımından heç bir problem yoxdur. Bugünkü qərarlar ona görədir ki, rəqəmlər pik həddə çatmasın”.

NOCOMMENT.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Y.Qarayeva yoluxmaların sayının idarə edilməsi üçün çalışıldıqlarını bildirib.

“İtkilərin minimal olması üçün çalışırıq. Xəstəlik çox ciddidir və xahiş edirəm bunu nəzərə alın. Elə strategiya yoxdur ki, xəstələnənlərin sayı pik həddə çatsın və bundan sonra nəsə qabaqlayıcı tədbirlər görülsün. Ona görə də əlimizdən gələn qədər tədbirlər görəcəyik”.