Təchizatçı qıtlığı: peyvənd xammalı üçün 163 minlik tender ləğv olundubackend

Təchizatçı qıtlığı: peyvənd xammalı üçün 163 minlik tender ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi Quba şəhərində yeni yaradılan heyvanların quduzluq xəstəliyinə qarşı “aldadıcı yem şəklində peyvəndin istehsalı” sahəsi üçün tetrasiklin hidroxlorid toz, bərk parafin və digər xammalların satınalması üçün elan edilmiş müsabiqəni ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv edilmə səbəbi, satınalmada iştirak etmək üçün təklifi və tələb olunan lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır. Ehtimal olunan qiymət 163.443,79 AZN təşkil edirdi.