Türkiyədə Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən məktəb hücumlarından sonra bir neçə həmkarlar ittifaqı təşkilatı ümummilli tətil elan edib.
NOCOMMENT.az xəbər verir ki, tətil elan edən qurumlar arasında tanınmış təhsil ittifaqları yer alıb.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda orta məktəbdə silahlı yeniyetmə atəş açaraq 16 nəfəri yaralayıb və daha sonra intihar edib. Növbəti gün Kahramanmaraş şəhərində yerləşən başqa bir məktəbdə baş verən silahlı hücum nəticəsində isə 10 nəfər həyatını itirib.
Şanlıurfa hadisəsindən sonra əvvəlcə bir günlük tətil elan edən həmkarlar ittifaqları, Kahramanmaraşdakı hücumdan sonra aksiyanı daha iki gün uzadıblar.
“Eğitim Bir Sen” Türkiyənin təhsil naziri Yusuf Tekinin istefasını tələb edib. Bu tələb KESK tərəfindən dəstəklənib.
Həmkarlar ittifaqları bildiriblər ki, tətilin məqsədi məktəblərdə artan zorakılıq hallarına etiraz etməkdir.









