TƏCİLİ! Şimali Koreya Yaponiyaya RAKET ATDIbackend

TƏCİLİ! Şimali Koreya Yaponiyaya RAKET ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Yapon dənizi istiqamətinə növbəti ballistik raket atışını həyata keçirib. Atış aprelin 19-u səhər saatlarında, ölkənin sualtı qayıqlar üçün ballistik raketlər istehsal edilən və mühüm gəmiqayırma zavodlarının yerləşdiyi Sinpo rayonundan qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raket təxminən 10 dəqiqə havada qalıb və Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb. Hadisə zamanı hər hansı dağıntı və ya zərər qeydə alınmayıb. ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı bu sınağın ABŞ və müttəfiqləri üçün birbaşa təhlükə yaratmadığını bəyan etsə də, Seul Pxenyanı hərbi təxribatları dayandırmağa çağırıb.
Cənubi Koreya Prezident Administrasiyası müvafiq qurumlara tam hazır vəziyyətə gətirilmə barədə tapşırıq verib. Yaponiya tərəfi isə məsələ ilə bağlı Seul və Vaşinqtonla sıx əməkdaşlıq edəcəyini bildirib. Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Şimali Koreyanın sayca yeddinci ballistik raket atışıdır.

Sara,
NOCOMMENT.az