İranın ali rəhbəri Əli Xamenei hazırda qərargahda yerləşir və hərbi əməliyyatlara birbaşa rəhbərlik edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Livanın Al Mayadeen telekanalı məlumat yayıb. Bildirilir ki, ölkədə davam edən gərginlik fonunda Xamenei böhran qərargahında qalaraq əməliyyatların gedişini şəxsən nəzarətdə saxlayır.
Mənbənin məlumatına görə, ali rəhbər 2025-ci ilin yayında baş vermiş müharibə dövründə olduğu kimi, hazırkı mərhələdə də qərarların qəbulunda birbaşa iştirak edir və hərbi prosesləri operativ şəkildə idarə edir. İran rəsmiləri bu məlumatla bağlı hələlik əlavə açıqlama verməyib.













