Tehranda yaşayış binası uçdu: Ölənlər varbackend

Tehranda yaşayış binası uçdu: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda yaşayış binası uçub.

NOCOMMENT.az “İSNA”ya istinadən xəbər verir ki, bu gün saat 11:18 radələrində Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

Məlumata görə, Tehranın Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Məleki bu barədə deyib:

“Tehranın cənubunda üçmərtəbəli yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb”.

Onun sözlərinə görə, yaralı 70 və 34 yaşlı iki qadın dərhal xəstəxanaya aparılıb və qəza baş verən ərazidən axtarış-xilasetmə işləri davam edir.

Hadisənin başverəmə səbəbləri araşdırılır.