Təhsil eksperti: Kimsə ödənişli xidmət göstərirsə, əcəb edirbackend

Təhsil eksperti: Kimsə ödənişli xidmət göstərirsə, əcəb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) hər il olduğu kimi bu il də abituriyentlərə sosial şəbəkə – feysbuk üzərindən bir sıra məsləhətlər verib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, məlumatda qeyd olunur: “Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də feysbuk və xüsusilə instaqram sosial şəbəkələrində ayrı-ayrı şəxslər özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

Həmin şəxslərin istifadəçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur”.

DİM-in paylaşdığı bu yazıya səssiz qalmayan təhsil eksperti Kamran Əsədov isə özünün feysbuk hesabında münasibət bildirib: “Əziz abituriyentlər, valideyinlər, müəllimlər!

Dövlət İmtahan Mərkəzinin ÖDƏNİŞSİZ – PULSUZ məsləhət mərkəzləri fəaliyyət göstərir.

Ödənişsiz məsləhət, məlumat almaq istəyənlər o mərkəzlərə müraciət etsin. Başqa kimsə ödənişli xidmət göstərirsə, özü bilər və əcəb də edir.

İnsanların vaxtına və özünə hörməti var. Kiminsə başqasına PULSUZ xidmət göstərmək, vaxt ayırmaq BORCU, ÖHDƏLİYİ YOXDUR”.