Təhsil Nazirliyi: Yoluxanların sayı artmağa davam edirbackend

Təhsil Nazirliyi: Yoluxanların sayı artmağa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən NOCOMMENT-ə bildirilib ki, 15 şagirdin hərarəti normadan yuxarı olub.

Daha 55 şagird21 işçidə koronavirus aşkarlanıb.

Bu gün 6 məktəb10 sinif distant təhsilə keçirilib, bir sinif isə əyani təhsilə qaytarılıb.

İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.