Azərbaycanın postneft dövrünə keçid strategiyasında innovativ inkişaf əsas hədəf kimi bəyan edilsə də, icra mexanizmindəki köhnəlmiş yanaşmalar bu məqsədi real məzmundan uzaqlaşdırır. "İnnovasiyalar üzrə Qlobal İnkişaf İndeksi"ndəki davamlı uğursuzluğumuz göstərir ki, problem sadəcə rəqəmlərdə deyil, idarəetmə fəlsəfəsindədir. Dövlət səviyyəsində rəqəmsal inkişafa dair mühüm qərarlar qəbul edilsə də, bu hədəfə gedən yolu layihələndirən menecerlərin "əvvəl bina, sonra məzmun" məntiqi resursların səmərəsiz xərclənməsinə yol açır. Təcrübə sübut edir ki, neft kapitalını insan kapitalına çevirmək kimi strateji bir vəzifənin icrasında son 20 ildə ciddi bir nailiyyət əldə olunmayıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti İlham Əhmədov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin (ETN) "İnnovasiya şəhərciyi" tikmək təşəbbüsü strateji bir səhvdir: "İnnovasiya bina yox, sistem yaratmağı tələb edir. O, elm, təhsil, ideya və investisiyanın sintezidir. Bu komponentlər olmadan ucaldılan divarlar sadəcə dekorativ layihədir. Problem budur ki, məmurlar ictimai rəyi nəzərə almır, nəticədə bir neçə nəfərin səhvinin bədəlini bütün cəmiyyət illərlə ödəməli olur. İnnovasiya tikilmir, o, istehsal olunur. Bina ucaltmaqla innovasiya yaranacağını düşünmək idarəetmə savadsızlığıdır".
Ekspertin sözlərinə görə, nazirliyin bu yanaşması qlobal təcrübə və elmi məntiqlə daban-dabana ziddir: "Beynəlxalq təcrübədə, istər MIT, istərsə də Stanford nümunəsində heç kim işə bina tikməkdən başlamayıb. Əvvəlcə tədqiqat mühiti formalaşıb, insan kapitalı yetişdirilib, sonra infrastruktur ehtiyacı yaranıb. ETN-nin hərəkəti su mənbəyi olmayan səhrada hovuz tikməyə bənzəyir. Əgər 35 il ərzində universitetlər bilik istehsal etməyibsə, alimlər cüzi maaşla işləyirsə və qrant sistemi yoxdursa, hansı innovasiyadan söhbət gedə bilər? Bu layihə inkişaf deyil, sadəcə maliyyə vəsaitlərinin buxarlandığı bir 'infrastruktur illüziyası' yaradacaq".
Tunar,








