Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.
Bildirilib ki, Emin daha əvvəl - səkkizinci sinifdə də olimpiadanın qızıl medalçısı olub.
Qeyd edək ki, o, ağır xərçəng xəstəliyi səbəbindən bir il təhsilindən uzaq qalsa da, mübarizə apararaq yenidən uğur qazanıb./Yeni Sabah/










