Təkcə bir raketlə bütün küçə dağılıb: “Rossiya 1” Gəncədə – VİDEObackend

Təkcə bir raketlə bütün küçə dağılıb: “Rossiya 1” Gəncədə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Rossiya 1” dövlət telekanalı Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin oktyabrın 4-də Ermənistan ərazisindən atəşə tutulması barədə reportaj hazırlayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, reportajda atəşin səbəb olduğu dağıntılar və itkilər işıqlandırılıb.

“Arxamda təkcə bir raketin necə dağıntılara səbəb olduğunu görə bilərsiniz, demək olar ki, bütün küçə dağılıb”, – deyə telekanalın bölgə müxbiri Fuad Bayramov qeyd edib.

Həmçinin bildirilib ki, zərbə nəticəsində bir nəfər mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.