Tələbələr Qərbi Kaspi Universitetində tətbiq edilən bəzi qaydalardan narazıdırlar – VİDEObackend

Tələbələr Qərbi Kaspi Universitetində tətbiq edilən bəzi qaydalardan narazıdırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Kaspi Universitetinin tələbələri təhsil ocağında tətbiq edilən bəzi qaydalardan narazıdırlar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, tələbələr iddia edirlər ki, dərs başlayanda onların telefonları əllərindən alınır, bayram günlərində keçirilməyən dərslər həftəsonu keçirilir, bufet işləmir.

Unıversıtetın tələbələri bildirirlər ki, təhsil ocağında tətbiq edilən bəzi qaydalar onların hüquqlarını pozur.

Onlar deyirlər ki, dərslər həftəsonuna salındığından istirahət etməyə imkanları olmur.

Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiri Piri Axundov “Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin iddiaları həqiqəti əks etdirmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.