Təmir gedən yolda QƏZA – Xəbərdarlıq nişanı YOXDUR – ANBAAN VİDEObackend

Təmir gedən yolda QƏZA – Xəbərdarlıq nişanı YOXDUR – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Badamdar qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza ötən gecə saat 23:30 radələrində 20-ci sahə istiqamətində qeydə alınıb.

Bildirilir ki, sürücü qanunla müəyyən edilmiş sürət həddi ilə hərəkətdə olduğu halda, yolda aparılan təmir işləri ilə bağlı heç bir xəbərdaredici nişanın və ya işıqlandırıcı elementin olmaması səbəbindən maneəni görə bilməyib.

Nəticədə sürücü ani tormoz versə də, toqquşmadan qaça bilməyib və avtomobilə ciddi maddi ziyan dəyib.

Qəza anı avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.

Hadisə yerinə dərhal polis əməkdaşlarının cəlb edildiyi qeyd edilir.