“Temu”dan istifadə edənlərin DİQQƏTİNƏ – Sizi bu yolla aldadırlar!backend

“Temu”dan istifadə edənlərin DİQQƏTİNƏ – Sizi bu yolla aldadırlar!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin alış-veriş saytı olan “Temu” dünya bazarına sürətlə daxil olub. Geniş məhsul çeşidi və sərfəli qiymətləri ilə istehlakçıların diqqətini çəkən “Temu”nun etibarlı olub-olmadığı sual doğurur. Bu da digər alış-veriş saytları kimi, istifadəçilərin ehtiyaclarını tək platformada toplayan alış-veriş saytıdır. 2022-ci ilin sentyabrında ABŞ-də fəaliyyətə başlayan bu sayt qısa zamanda böyük marağa səbəb olub. “Milyarder kimi alış-veriş et” şüarı ilə yola çıxan platformanın məqsədi istifadəçilərə geniş çeşiddə sərfəli məhsullar təqdim etməkdir.

 

NOCOMMENT.az bildirir ki, “Temu” da “AliExpress” kimi Çinin onlayn ticarət platformasıdır.  Təhlükəsiz alış-veriş üçün 3D Secure və SSL sertifikatlarından istifadə edir. Bu, kibertəhlükəsizlik risklərini aradan qaldırır.

 

Bir çox dələduzlar artıq tanınmış brendlərin adlarından istifadə edirlər. Son zamanlar məşhurlaşan brendlərdən də biri “Temu” platformasıdır.

 

Fırıldaqçılar bu saytın günü-gündən artan populyarlığından istifadə etməyə başlayıblar. Onlar “Temu”da pulsuz Roblox Robux hədiyyə kartı əldə edə bildiklərini iddia edərək istifadəçilərə öz referal kodlarını daxil etməyi tələb edirlər. Bu referal kod isə onların şəxsi məlumatlarını əldə etməsini asanlaşdırır. Fırıldaqçılar sadəcə olaraq sosial media istifadəçilərinin bu sayta olan marağından faydalanırlar.

 

“Temu” tərəfindən satılan məhsullara böyük endirimlər vəd edən vebsayt reklamlarından və spam e-poçtlardan ehtiyatlı olmaq lazımdır. Bununla belə, həmin reklamlara kliklədikdə, fırıldaqçılar kart məlumatlarını rahatlıqla ələ keçirə biləcəklər. Heç vaxt istənməyən e-poçt və ya reklamlardakı linklərə klikləməyin. Ödəniş məlumatlarınızı hesabınızda saxlamayın. Hesabınızı qorumaq üçün iki faktorlu autentifikasiyadan (2FA) da istifadə edin.