Ter-Petrosyan müxalifətə QARŞI ÇIXDIbackend

Ter-Petrosyan müxalifətə QARŞI ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müxalifət yaranmış təhlükəni dərk etmirsə, deməli, siyasətdən heç bir anlayışları yoxdur. Əgər dərk edərək bu addımı atırlarsa, o zaman onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan tamam başqa məqsədlər güdürlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “İlam.am” saytında yazdığı məqalədə qeyd edib.

Petrosyan bildirib ki, böhranın və ölkə daxilində siyasi qarşıdurmanın dərinləşməsi qarşıdakı çətin danışıqlarda Ermənistanın mövqeyini zəiflədir.

“Ona görə də bugünkü müxalifətin əsas məqsədinin nə olduğu aydın deyil. Bir zamanlar Nikol Paşinyana “təslimçi” damğası vuruldu. Bu belədir, amma heç də tam belə deyil. Əslində, təslim olan Paşinyan deyil, Ermənistan idi. Paşinyan Ermənistanın kapitulyasiya aktına imza atdı”, – deyə eks-prezident qeyd edib.

Sabiq prezident bildirib ki, Paşinyanı, Robert Köçəryanı, Serj Sarkisyanı, hətta İşxan Sağatelyanı kim əvəzləsə, onlar Ermənistanın boynuna dolanacaq həlli itaətkarlıqla qəbul edəcəklər.