Müğənni Təranə Qumral həmkarı Şəbnəm Tovuzlu ilə bağlı maraqlı açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, sənətçi bildirib ki, Şəbnəm Tovuzlu hələ efirə çıxmazdan öncə onunla tanış olub:
“Şəbnəmi hamıdan qabaq mən tanıyırdım. O, hələ populyar olmamışdı, efir üzü görməmişdi. Mən onu çoxdan tanıyıram, amma bəzi şeyləri danışmaq istəmirəm.”
Təranə Qumralın bu sözləri sosial şəbəkələrdə diqqət çəkib və müğənnilər arasındakı münasibət mövzusu yenidən gündəmə gəlib.













