Təranə Səmədovaya – Hökm oxundubackend

Təranə Səmədovaya – Hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış prodüser Təranə Səmədova və onunla birgə ittiham edilən Rasim Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.