Terror aktını törədən 4 nəfərin həbs müddəti uzadılıbbackend

Terror aktını törədən 4 nəfərin həbs müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Basmannı məhkəməsi Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalına hücumun dörd iştirakçısının həbs müddətini uzadıb.

NOCOMMENT.az xəbər verir ki, TASS məlumat yayıb.

“Məhkəmə istintaqın vəsatətini təmin edib və Dalerjon Mirzəyev, Səidəkram Raçabalizode, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzovun həbs müddətini noyabrın 22-dək uzadıb”, – hakim Yevgeniya Nikolaeva qərarı elan edib.

Görüş bağlı qapılar arxasında keçirilib.

Hər dördü terror aktının birbaşa icraçılarıdır. Onların həbs müddəti avqustun 22-də başa çatıb.