Tərtərdə kütləvi şəkildə meyvə ağaclarını niyə kəsdilər? – VİDEObackend

Tərtərdə kütləvi şəkildə meyvə ağaclarını niyə kəsdilər? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunun Seydimli kəndində ağaclar kütləvi şəkildə kəsilib.

Sakinlər bildirirlər ki, ərazidə olan çox sayda meyvə və şam ağacı ağır texnikalar vasitəsilə kəsilərək yandırılıb.

“Tut, gilas kimi meyvə ağacları əkmişdik. Dedilər ki, buranı alıblar. Dillənsəniz, sizi də çölə çıxararıq”, – deyə sakin qeyd edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır:

“Bu il aprelin 3-də Seydimli kənd orta məktəbi yaxınlığında həmin kənd sakini Akif Mənsim oğlu Ələkbərov tərəfindən biri quru olmaqla ümumilikdə dörd ağacın qanunsuz götürülməsi faktı aşkarlanıb. Məsələ ilə bağlı akt və adıçəkilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb. Həmçinin məhv edilmiş yaşıllıqların bərpa edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinə müraciət olunub”.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları protokol tərtib edib. Ağacları kəsən şəxsin kimliyi məlumdur. Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: