Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edildibackend

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.

NOCOMMENT.az xəbər verir ki, “report”un Qarabağ bürosunun məlumatına görə, o, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.

Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Hadisə işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.